Kanal s

Kanal s смотреть последние обновления за сегодня на .

Ümummilli liderin xatirəsi anılıb… | Kanal S Xəbər

9
0
0
00:01:41
07.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şamaxı Heydər Əliyev Mərkəzinin və Sabir qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev siyasi irsinin təbliği məqsədilə yaradılmış təbliğat qrupunun üzvləri , məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi , müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Sonda Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi və sənədli film nümayiş etdirilib, şagirdlərin ifasında kompozisiya səsləndirilib. #kanalsxəbər #tədbir #şamaxı

"Uşaq travmatizminin qarşısının alınması" məqsədilə tədbir keçilirib... | Kanal S Xəbər

0
0
0
00:00:47
07.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəkidə DYP-nin təşkilatçılığı ilə 20 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinə uşaq travmatizminin qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji heyyəti, ibtidai sinif şagirdləri və polis əməkdaşları iştirak ediblər. Tədbird piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldiləməsi məqsədini daşıyır. Çıxış edən şagirdlər, qonaqlara yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar və səhnəciklər nümayiş etdiriblər. Sonda DYP-nin əməkdaşı şagirdlərə “yol hərəkəti əlifbası” kitabı hədiyyə edib. #kanalsxəbər #tədbir #şəki

Göyçək Fatimə: 19 yaşımdan sonra həyatın hər üzünü gördüm... | Xeyirli axşamlar 07.12.2022

279
9
1
00:07:03
07.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 #kanals #xeyirliaxşamlar

Çevrəmiz - Niyə insana geyimə görə qiymət verilir? 07.12.2022

35
1
0
00:37:18
07.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 #kanals #çevrəmiz #geyimlər

Marşurut avtobusları toqquşdu, xəsarət alan var... | Kanal S Xəbər

2169
24
4
00:00:30
05.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəki şəhəri Məmmədəmin Rəsulzadə prospektində marşurut avtobuslarının iştirakı ilə zəncirvari qəza baş verib. Belə ki, 38 yaşlı sürücü Murad Rəsulovun sürücüsü olduğu ford markalı mikroavtobus idarə etmədən çıxaraq daha 2 sərnişin avtobusunun iştirakı ilə qəza törədib. İlkin ehtimallara görə texniki nasazlıq səbəbindən baş verən qəzada 38 yaşlı sərnişin Samirə Salamova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. #kanalsxəbər #şəki #qəza

Shekide zencirvari qeza anbaan kameralarda | Kanal S Xeber

30339
246
54
00:00:50
18.10.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 #kanals #şəkiqəza #hadisə

Sərnişin mikroavtobusu ağaca çırpılıb, 8 nəfər xəsarət alıb... | Kanal S Xəbər

1597
22
1
00:01:16
05.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 13:00 radələrində Şəki rayon sakini 36 yaşlı Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi "MercedesVita" markalı sərnişin mikroavtobusu Şəki-Bakı marşurutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Eltun Yusibov və sərnişinləri, 48 yaşlı Manafov Sərdar Müzəffər oğlu, 60 yaşlı Rəsulova Nurlanə İzzət qızı, 42 yaşlı Nağıyeva Xəyalə Bəkir qızı, 34 yaşlı Rəsulova Çinarə Rafiq qızı, 37 yaşlı Mustafayev Sadəddin Hüseynəli oğlu, 60 yaşlı Əmrahov Əmrah Şakir oğlu, 57 yaşlı Aslanov Eldar Salam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. #kanalsxəbər #qəza #ismayıllı

Tribün Özel: Konuk İsmail Uyanık

4643
41
19
03:08:55
28.09.2022

DYP sürücülərə müraciət etdi... | Kanal S Xəbər

751
14
1
00:01:08
06.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍

KANAL S - SRPSKE TELEVIZIJE S PALA - DNEVNIK 1992. UREDNIK ILIJA GUZINA

75183
00:13:31
02.01.2019

Primjer ratnohuškačke propagande, najprimitivnijeg omalovažavanja drugih, neprofesionalizma i sramnog „novinarstva“ bio je „Kanal S – Srpske televizije“ s Pala. Direktor "Srpske televizije - Kanala S" bio je Ilija Guzina, koji je vodio i dnevnik. Uz njega, od početka emitovanja „Kanala S – Srpske televizije“ bili su i: Risto Đogo, Mladen Krsmanović, Snježan Lalović, Dragan Alorić, Blaško Bjelica, Duško Oljača, Rada Đokić, Mira Purković, Dragiša Ćosović, Dragan Tepavčević, Radomir Ninković, Vedran Škoro, Sanja Erić, Vesna Stakić, Dragan Božanić, Milka Čeremidžić, Marica Lalović, Miroslav Gligorević, Goran i Gorana Mihajlović, Vladana Savić, Jelena Čabrilo, Branko Brđanin, Ranko Popović, Rade Simović... Tehničku ekipu sačinjavali su Mirko Čabrilo, Željko Debelnogić, Željko Ilić, Slobodan Purković, Momo Milidrag, Boris Babić, Vukašin Grabovac, Mitar Granzov, Miodrag Tarana, Mladen Obradović... Ilija Guzina umro je 1997. godine. Sahranjen je u selu Fojnica kod Gacka. P.S. Obratite pažnju ko čita prvi prilog u dnevniku.

Şəkinin həllini tapmayan yol problemi... | Kanal S Xəbər

3109
108
26
00:04:53
30.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Bəli, artıq neçə ildir ki, nə Şəkinin mərkəzində kanalizasiya xəttinin çəkilişi qurtarır, mə də bərbad halda olan yollar asfaltlanır. İri çuxurlar, yarğanlar, yayda tozlu, qışda palçıqlı küçələr sakinləri artıq təngə gətirib. Yolların belə halda olması sakinləri həm xərcə salır, həm də şəhərdə hərəkəti çətinləşdirir. Yolların acınacaqlı vəziyyətindən ən çox əziyyət çəkənlərdən biri də marşrut sürücüləridir. Qazılmış yollar səbəbindən daim marşrutlarını dəyişməli olurlar. Bu, həm sərnişinləri dayancaqlardan uzaq salır, həm də mikroavtobus sürücülərini əlavə xərcə salır. Üstəlik qazılmış yollar qəza şəraiti də yaradır. Məsələ bu yaxınlarda respublikanın ali kürsüsü olan Milli Məclisdə belə qaldırılıb. Şəkini təmsil edən millət vəkili Vüqar İskəndərov şəhərin yolları ilə bağlı yaşanan çətinliyi dilə gətirib və problemin qısa zamanda həll olunmasının vacibliyini qeyd edib. Şəkililər ümid edir ki, Millət vəkilinin bu çağırışına səs veriləcək. Və problem tezliklə həllini tapacaq. Beləcə Şəki sakinlərinin illərdir kabusuna çevrilən problem aradan qalxmış olacaq. #kanalsxəbər #şəki #yolproblemi

İtkin düşən şəxsin axtarışları davam edir… | Kanal S Xəbər

3541
46
16
00:01:49
03.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Qəbələdə 4 gün öncə itkin düşən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir. Bu gün səhər satlarından FHN-nin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri 49 yaşlı Səyavuş Həmidovun axtarışlarına cəlb olunub. Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı itkin düşən səxsin yaxınları və qohumları da iştirak edib. Axtarışlar Qəbələnin şimal tərəfində dağ ətəyi ərazilərdə,dağlarda və şonqar bulağı adlanan dağ ətəyi və dağ üstü ərazilərdə aparılıb. DİN-in mətbuat xidmətindən bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparılır. #kanalsxəbər #qəbələ

Shimal-Qerb bolgesinden olkeye ses salan "Kanal S"

1024
27
4
00:02:22
09.02.2022

Abone OL: 🤍 Copyright © ARB Şəki Sayt: 🤍 Facebook: 🤍 Kanal S – bu ad bir çoxlarına tanışdır. İstər verilişlər, istər aksiyalar, istərsə ölkə miqyasında əks-səda doğuracaq konsert və digər layiləri ilə... Şimal-Qərb bölgəsindən ölkəyə səs salan "Kanal S" yenidən, yenilənmiş kanal olaraq, daha geniş auditoriya üçün yayıma başlayıb. "Kanal S" ümumrespublika yayımına çıxan ilk bölgə kanalıdır. Kanal-S-i artıq Şimal-Qərb bölgəsi yox, bütün dünya izləyə biləcək. Şəkidə 2008-ci ildə fəaliyyətə başlayan bu televiziya media sahəsində öz uğurları ilə adından söz etdirməyi bacarıb. Bu müddət ərzində maddi-texniki bazasını gücləndirməklə məşğul olan kanal artıq bütün standartlara cavab verən yayım həyata keçirmək gücündədir. Yeni layihələr ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan "Kanal S" 28 yanvar tarixindən test yayımına başlayıb. Fevralın 14-dən etibarən artıq rəngarəng verilişlərlə qarşınızda olacağıq. Əsas məqsədimiz isə bölgələrin, rayon və şəhərlərimizin təbliği, Azərbaycanda güclü turistik potensialı olan məkanların, kənd təsərrüfatının və digər infrastrukturların tanıdılmasıdır. Həmidə Ömərova, Lalə Əlmuxtarova və digər tanınmışlarla yanaşı, tamaşaçılar yeni simalar da görəcəklər. Yeni layihələr arasında Həkimcanlı, Yeməli, Kəndimiz, Onun yolu, Bəlkə, Tur-izim kimi bir çox fərqli və maraqlı verilişlər izləyiciləri gözləyir. Həmçinin Kanal S-dən bölgələrdə baş verən ən son və doğru xəbərləri də operativ şəkildə öyrənə biləcəksiz. Kanal S-in xəbərlər xidməti sizə bölgələrdə baş verən ən son hadisələri çatdıracaq. Bir sözlə, “Sizdəyik” devizini əsas götürən telekanalın əsas məqsədi Azərbaycan teleməkanında daha fərqli strategiya, əyləncəli və maraqlı proqramlarla tamaşaçıları maarifləndirmək, xüsusilə də xanımların televiziya qarşısında daha səmərəli vaxt keçirmələrini təmin etməkdir. #KanalS #Şəki #TV

Makaron sevən şəkili Nadir pitiyə yox demədi... | Kanal S Xəbər

3313
148
19
00:04:32
21.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Son iki gündür sosial şəbəklərdə şirin danışığı, əsl Şəkili kimi məzəli cavabı ilə hamının sevimlisinə çevrilən Nadiri göstərəcəyik indi. Nadir təbii ki, Şəkinin ən məşhur yeməyinin piti olduğunu bilir. Amma ən sevdiyi yemək də makarondur... Əməkdaşımız Məmməd Məmmədov da bu gün məşhur Nadirlə həmsöhbət olub, hətta birlikdə piti yeyiblər. Həm də pitini təbliğ etmək məqsədilə onun tarixi və necə hazırlanması ilə maraqlanıblar... #kanals #makaron #piti

2022 Samsung 5.0-Kanal S-Soundbar

3480
19
6
00:01:05
02.09.2022

Stilvolles Sounderlebnis auf dem nächsten Level und jetzt auch in 2 Farben für deinen persönlichen Geschmack. Erlebe dank weltweit erstem kabellosem Dolby Atmos und DTS Virtual:X ein ultimatives 3D-Surround-Sound-Erlebnis aus allen Richtungen. Mit Q-Symphony passen sich dein Samsung TV und die Soundbar aneinander an und geben gleichzeitig und harmonisiert den Sound aus beiden Geräten wieder. Mit SpaceFit Sound 2 genießt du spektakulären Sound, der sich automatisch und täglich an deinen individuellen Raum anpasst. Was die HW-S67B (weiß) und S66B (schwarz) noch alles kann erfährst du hier Link: 🤍 und 🤍 #Samsung #SamsungSoundbar

Shekide zencirvari qezada 7 avtomobile ziyan deydi... | Kanal S Xeber

22953
189
69
00:01:33
18.10.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Bu gün Şəki şəhər "20 Yanvar" küçəsində zəncirvari yol qəza hadisəsi baş verib. Belə ki, 24 yaşlı Şəki sakini Ağahüseyn Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək 70 yaşlı Şəki sakini Akif Abdullayevin sükanı arxasında olduğu "Nissan" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra nəzarətdən çıxan avtomobillər yolun kənarında dayanan daha 5 avtomobilə çırpılıb. Hadisə nəticəsində sürücü Akif Abdullayev kəllə beyin və qapalı döş qəfəsi travması ilə, digər sürücü Ağahüseyn Abdullayev isə yüngül kəllə beyin travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. #kanals #zəncirvariqəza #şəki

Əlillər günü ilə bağlı tədbir keçirilib... | Kanal S Xəbər

415
22
2
00:01:50
05.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəkidə “3 Dekabr-Beynəlxalq Əlillər Günü” münasibəti ilə Reabilitasiya Mərkəzində tədbir keçirilib. Mərkəzin işçilərinin, incəsənət, musiqi məktəbinin, orta məktəbin şagirdlərinin, qazilər və mərkəzdə müalicə olunan əlillərin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizin hər yerində olduğu kimi, Şəki rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğunu bildiriblər. Onların cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü, əlillərin rifah halının yaxşılaşdırılması, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində məqsədyönlü addımların atıldığı diqqətə çatdırılıb. Daha sonra tədbir çərçivəsində mərkəzdə müalicə olunan əlillərə hədiyyələr verilib, işində fəal olan işçilərə təşəkkürnamələr təqdim olunub. Kanal S MMC də fəxri fərmanla təltif edilib. Ardınca əlillərin əl işlərinə baxış olub. Tədbir konsert proqramı ilə davam edib. #kanalsxəbər #tədbir #şəki

Bir esre yaxin yashi olan mekteb binasi qezali veziyyetdedir… | Kanal S Xeber

1703
46
11
00:05:00
25.10.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Kadrlar demək olar bir əsri geridə qoyan Şəkinin Kiş kənd məktəbindəndir. 4 saylı Kiş kənd tam orta məktəbinin binası 1926-cı ildə tikilib, 1928-ci ildən isə orta məktəb kimi fəaliyyət göstərir. 3 korpusdan ibarət, 96 yaşlı məktəbin binası acınacaqlı vəziyyətdə olsa da burda dərslər davam etdirilir. Binaların hazırki, vəziyyəti tədrisi nəinki müasir tələblər səviyyəsində qurmağa imkan vermir hətta mümkünsüz edir. Bina ilə bərabər avadanlıqlar da ömrünü başa vurub. Vaxtilə 1400-ə yaxın şagirdin təhsil aldığı məktəb indi 223 şagirdi belə sinif otaqları ilə təmin edə bilmir. Ancaq bütün bu çatışmazlıqlara baxmayaraq şagirdlər hər il imtahan və olimpiadalarda yüksək nəticələr əldə edirlər. Hələlik kənd məktəbinin nə vaxt təmir olunacağı ilə bağlı dəqiq vaxt deyilməsə də, məsələ gündəmdədir. Belə görünür, müəllim və şagird heyəti, narahat valideynlər qəzalı vəziyyətdə olan məktəb binasının əsaslı təmirini bir müddət də gözləməli olacaq. Ümid etmək qalır ki, bu dəfə verilən vədlər özünü doğruldacaq və növbəti ildən şagirdlər müasir tipli, yeni məktəbdə təhsil alacaqlar. #kanalsxəbər #məktəb #kiş

Genceli mehellesinin hell olunmayan marshrut problemi | Kanal S Xeber

4251
59
13
00:03:01
30.09.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəki şəhəri Gəncəli məhəllə sakinləri 2017-ci ildən, marşrut problemi yaşadıqlarını idda edirlər. Sakinlərin sözlərinə görə bu yaşayış massivindən keçən yeganə 3 nömrəli marşrut düz 5 ildir ki, ləğv edilib. Ərazidə 531 yaşayış evi var. Hər gün evindən çıxıb hər hansı bir iş üçün getmək istəyən sakinlər, azı 800 metrə yaxın məsafəni ya piyada gedirlər ya da taksi sifariş edirlər ki, bu da əlavə xərcə səbəb olur. Sakinlərin sözlərinə görə artıq həmin marşrutlar Qala divarlarının aşağı hissəsində və Yuxarı Karvansaray dayanacağında dayanır. Bu da dağ ətəyində yaşayan məhəllə sakinlərinin işini müşkülə salır. Xüsusən də yaşlı insanlar daha çox əziyyət çəkir. Çünki qət ettikləri yol enişli- yoxuşlu çətin relyefdə yerləşən dağ yoludur. Məsələ ilə bağlı Şəki DANX-a müraciət etdik. Qurumun mətbuat xidmətindən məsələyə münasibət bildirilib. Qeyd edilib ki, Gəncəli məhəlləsinə 4-5 il öncəyə qədər heç bir avtobus işləməyib. Belə görünür, yalnız yollar təmir olunduqdan sonra həmin əraziyə marşrut xətti təyin edilə bilər. Bu müddət ərzində isə Gəncəli məhəlləsinin sakinləri enişli-yoxuşlu yolları piyada getməli olacaqlar. #kanals #gəncəliməhəlləsi

Depressiyadan yenicə çıxmış Aysundan həyat yoldaşına barışıq mesajı | Həyat Tərzi 29.11.2022

227046
3915
680
00:08:51
29.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍

Kim var, kim yox? - Lətafət Ələkbərova ilə Xaçmazda 01.12.2022

1312
32
5
00:48:23
01.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 #kanals #kimvarkimyox #xaçmaz

Azyashlinin ere verilmesinin qarshisi alinib... | Kanal S Xeber

6398
84
11
00:02:15
06.06.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Bu həftə sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində azyaşlının zorla ərə verilməsi ilə bağlı iddialar səslənib. Hadisənin araşdıran zaman məlum olub ki, belə bir cəhd olsa da qarşısı alınıb. Belə ki, kənd icra nümayəndəsinin Ayaz Əliyevin verdiyi məlumata görə bu ilin aprel ayında kənd sakini 20 yaşlı Sərvan Rüstəmov həmin kəndin 2 saylı orta məktəbinin 10-cu sinif şagirdi olan 16 yaşlı qıza elçi düşüb. İyunun 4-də baş tutmalı olan nişan mərasimi aidiyyatı orqanların adekvat reaksiyası sayəsində baş tutmayıb. #KanalS #hadisə #Şəki

İsmayıllı məktəblisi rekorda imza atib... | Kanal S Xəbər

667
32
4
00:03:45
24.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 16 yaşlı Asiman Mirzəliyev İsmayıllı rayonun Göytəpə kəndinin gənc həm d də intellektual sakinlərindən biridir. Hazırda İsmayıllı şəhəri Natiq Mehdiyev adına 6 nömrəli tam orta məktəbin 11 sinifində oxuyan məktəblinin istəkləri çox, hədəfləri isə böyükdür. İndiyə kimi qatılığı bütün müsabiqələrdə qaliblər sırasında olan müsahibimiz sonuncu dəfə Elm və Təhsil Nazirliyin Əlaçı layihəsində rekorda imza atıb. Əldə etdiyi bu uğurlar göstərir ki, Asiman məktəb illərində gözlərinin nurunu hədər yerə xərcləməyib. Bu yarışın qalıbi olacağıma insansam da rekordçusu olmağım ağlıma gəlməzdi deyir Asiman Mirzəliyev. Bu uğuruna özü qədər valideyinlərinin, müəllim vəsinif yoldaşlarının sevinməsi qəhrəmanımızı daha da ruhlandırıb. Qazandığı uğurları ilə hər kəsi sevindirən və qururlandıran məktəbli buraxılış və qəbul imtahanlarında da ən yüksək nəticə əldə etmək niyyətindir. Hazırda əsas hədəfi ali təhsil alaraq gələcəkdə dünyanın ən güclü proqramisti olmaqdır. Asimnaın təhsil aldığı orta məktəbin də uğurları tək onunla yekunlaşmır. Xatırladaq ki, “Yeniləşən Azərbaycana,Yeni Məktəb“layihəsi çərçivəsində inşa edilən orta məktəbdə şagirdlərin rahat təhsil alması üçün bütün şərait yaradılıb. Asiman Mirzəliyev kimi digər şagirdlərə isə üzərlərinə düşən məsuliyyət və öhdəliyi dərk etmək və dərslərinə ciddi yanaşaraq gələcəkdə ölkəmizin uğurları üçün tövhə vermək qalır. #kanalsxeber #ismayilli #rekord

Sahibsiz itler sakinlere qenim kesilib... | Kanal S Xeber

1512
33
19
00:04:06
03.05.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Baş Layısqı kənd sakinləri canlarından ehtiyyat edirlər. Sakinlər kənddə küçəyə çıxa bilmirlər. Səbəb isə artan sahibsiz itlərdir. Kəndin mərkəzində özlərinə məkan salan səllim itlər burada keçən həm böyük, həm də uşaqlara hücum çəkir. Bu azmış kimi, sahibsiz itlər səbəbindən kəndlilər mal-qaralarını otlağa göndərə bilmir. Çünki hər fürsətdə səllim itlər mal-qaraya hücum çəkir. Sakinləri itlərin ev heyvanlarını da tələf etdiyini deyirlər. Eyni vəziyyət Oğuz rayonunda da yaşanır. Rayonda artan sahibsiz itlər sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Xüsusən də məktəblilər üçün bu problem daha ağır nəticələr yaradır. Balacalar böyüklərdən fərqli olaraq özlərini müdafiə etməkdə çətinlik çəkirlər. Rayon sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini, lakin heç bir nəticə əldə edə bilmədiklərini deyirlər. Məsələ ilə bağlı Oğuz Rayon İcra hakimiyyətinə də müraciət etdik. Bu problemlə bağlı bir neçə heyvan sığınacağına müraciət olunduğu və qısa zamanda problemin konkret olaraq həll olunacağı vurğulanıb. Onu da qeyd edək ki, son bir ay ərzində təkcə Oğuz rayonunda 30-dan artıq it dişləməsi halı qeydə alınıb. #KanalS #Oğuz #Şəki

Keçi təsərrüfatının müsbət tərəfləri... | Kanal S Xəbər

442
16
1
00:04:49
03.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Uzun illərdir heyvandarlıqla güzaranını təmin edən Mehman Soltanov artıq 7-8 ildir keçi təsərrüfatına keçid etdiyini deyir.Çəkliş vaxtımız gündüz saatlarına təsadüf etdiyindən təsərrüfat sahibi ilə örüş sahəsində görüşüb söhbətləşməli olduq. Əvvəllər qoyunçuluqla məşğul olduğuna diqqət çəkən fermer həm kəndin relyef quruluşuna, həm də keçinin məhsuldarlığına görə bu heyvanın təsərrüfatının daha qənaətbəxş olduğu fikdindədir. Onun sözlərinə görə, qazancında qoyunla müqayisədə fərq olmasa da, keçinin əti, südü, həm də pendirinə tələbat daha böyükdür. Müsahib onu da vurğulayır ki, keçi hər nə qədər qazanclı heyvan olsa da diri çəkidə qoyunla müqayisə oluna bilmir.Eyni zamanda keçinin iç piyindən,ətindən,südündən dərman vasitəsi kimi yararlananlarda az deyil.Fermer keçi təsərrüfatının hər həm xeyirli, həm də qazanclı sahə olsa da bu heyvanları xəstəlikdən qorumağın çətin olduğunu deyir. Bildirir ki, keçilər brüsselyoz xəstəliyinə yoluxan əsas heyvanlardan biridir. İnəklər,qoyunlar eləcə də camışlarla müqayisədə keçilərin daha çox otlaq sahələri meşələr,dağlar qayalıq ərazilər olur.Xüsusi ilə payız ayları keçilər üçün daha əlverişlidi. Belə ki,ağaclarda olan yarpaqlar və meyvlər yerə töküldüyündən keçilər bu məhsulları qida vasitəsi kimi qəbul edir.Səhərdən axşama kimi təqribən 30 km dağlarda yol qət edən keçilər axşama doğru kəndə yol alır. İldə 2 hərdən 3,4 bala verən keçilərin sağım müddətdi payızın ilk aylarına qədər davam etsə də amma bu müddət bəzən uzana da bilir.Keçi südündən əldə edilən pendirin 1 kq-in qiyməti mövsümə uyğun olaraq 8-12 manat arasında dəyişir.Digər çətin məsələ bu ağıllı həm də dəcəl keçiləri vəhşi heyvanların hucumundan qorumaqdı. Keçi biznesini böyütmək istəyən Mehman Soltanov təsərrüfatını sadəcə yerli cins heyvanlarla məhdudlaşdırmaq istəmir. Artıq türk və ərəb keçilərinin təkələrini alan fermer yaxın gələcəkdə təsərrüfatını tamamilə südvermə qabiliyyəti yüksək olan bu cinsdən heyvanlara çevirmək istəyir. #kanalsxəbər #keçi #heyvandarlıq

Shekide baximsizligin esirinde qalan 1 esrlik mekteb | Kanal S Xeber

2533
63
10
00:04:09
20.09.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəkinin "Yuxarı Baş" Milli Tarix Memarlıq qoruğu ərazisində yerləşən 4 saylı orta məktəbi göstərəcəyik indi. Bir əsrə bərabər tarixi olan bu məktəb binasında ciddi təmir-bərpa işlərinin görülməsinə ehtiyac var. Doğrudur, məktəbin yaxınlığında digər orta təhsil ocaqları da fəaliyyət göstərir. Elə bu səbəbdəndir ki, şagird sayı da xeyli azalıb. Ancaq hər halda bu təhsil ocağı fəaliyyət göstərirsə, deməli normal şərait də yaradılmalıdır. Çünki hər bir şagirdin təmirli məktəbdə təhsil almaq haqqıdır. Sujeti izləyək.... Tarixi məkanda yerləşən məktəb tarix olmaq üzrədir. Məktəbin tavan və döşəmələri çöküb, divarları uçub, qapı və pəncərələri çürüyüb. Qışda isə burda təhsil alan məktəblilər əsl mübarizə aparmalı olurlar. Təməli 1927-ci ildə qoyulan bina əvvəllər oğlanlar məktəbi kimi fəaliyyət göstərib. Bütün bu illər ərzində isə heç bir əsaslı təmir işi aparılmayıb. Əvvəllər 200-dən çox şagirdin təhsil aldığı məktəbdə hazırda 62 şagird təhsil alır. Belə ki, məhəllə sakinləri və ətrafda yaşayanlar öz övladlarının həyatlarından ehtiyat edərək fərqli və daha uzaqda olan məktəblərə üz tutmalı olublar. Ancaq məktəbin problemləri bunlarla bitmir. Tavanın çökməsi yağıntıların birbaşa sinif otaqlarına düşməsinə səbəb olur. Nəticədə yağış suları xarab naqilləri isladaraq elektrik lampalarını da partladır. Məktəbdə istilik sistemi də yoxdur. Burda hələ də, odun peçlərindən istifadə edilir. Müəllimlərin dediyinə görə, dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də, müsbtə cavab ala bilməyiblər. Qeyd edək ki, Şəki rayonunda son 10 ildə 23 məktəb binası tamamilə yenidən tikilib. 15 modul tipli məktəb quraşdırılıb və 5 məktəb əsaslı təmir edilib . Ümid edirik ki, növbəti tədris ilində 4 saylı orta məktəb də təmir olunan məktəblər sırasında olacaq. #kanals #şəki #məktəb

Zamanında - Milli faciəmiz - Gülüstan və Türkmənçay müqavilələri 05.12.2022

390
41
27
00:48:08
05.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 #kanals #zamanında

Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqlənib... | Kanal S Xəbər

2716
67
7
00:01:45
02.12.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Bərpa işləri zamanı 2021-ci ilin iyuna ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşları aşkar olunub. O zaman həmin hissədə bərpa işləri dayandırılıb və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılıb, ekspedisiyanın apardığı tədqiqat və qazıntı işləri nəticəsində həmin hissədən qəbir aşkar olunub. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn olunmasına dair qeydlərin olması əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı. Heydər Əliyev Fondunun dəstəyi ilə aşkar olunan skeletdən nümunələr götürülmüş, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilmişdi. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar və genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbir Şəki xanı Məhəmmədhüseyn xana aiddir. #kanalsxəbər #şəki # skelet

Shekide traktor ashdi, surucu ve qardashi oglu dunyasini deyishdi | Kanal S Xeber

4548
60
3
00:00:35
08.07.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəkidə traktor aşıb. Hadisə rayonun Şəki kəndi ərazisində baş verib. 44 yaşlı Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır. #kanals #xəbərlər #şəki

Uzerinde narkotik vasite dashiyan shexs tutulub... | Kanal S Xeber

2425
25
2
00:00:48
10.10.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçiridiyi əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Rayon sakini Rüstəm Xəlilov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman 2 kiloqram 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Rüstəm Xəlilov ifadəsində narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini və satış məqsədilə üzərində daşıdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. #kanals #kanalsxəbər #xəbərlər

"AVAZ-4" Televiziya Uşaq Muğam Müsabiqəsi 1-ci tur (1-ci hissə) 20.11.2022

1849
71
37
01:30:56
21.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 #kanals #avaz

Shehidin anim gunu kechirilib... | Kanal S Xeber

248
7
1
00:00:49
10.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Şəkinin Cəfərabad kəndində Vətən müharibəsinin şəhidi Ruslan Sadıqovun anım günü qeyd edilib. Ailəsi, yaxınları, qazilər şəhidin qəbri ziyarət edib, ruhuna dualar oxuyub. Daxili Qoşunların "Yarasa" xüsusi təyinatlı dəstəsinin atəş təminatı snayper yarım qrupunun komandiri Ruslan Sadıqov 2020-ci ilin sentyabrında erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün başladılan əks hücum əməliyyatlarının ilk günlərindən Vətən müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Dünya hərb tarixinə düşən Şuşanın azad edilməsi əməliyyatında iştirak edən baş çavuş Ruslan Sadıqov düşmənə qan udduraraq öz qəhrəmanlığı ilə tarixə düşüb. Şəhidin 3 övladı yadigar qalıb. #kanalsxəbər #RuslanSadıqov #Şəki

Velosipedchi yol qezasinin qurbani oldu | Kanal S Xeber

2446
31
7
00:01:18
19.11.2022

Abone OL: 🤍 Copyright © Kanal S_official Sayt: 🤍 Facebook: 🤍 Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb. Hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər istiqamətində hərəkətdə olan 28 yaşlı rayonun 3-cü Tala kənd sakini Elvin Ömərov idərə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə volosipedlə hərəkət edən Muğanlı kənd sakini, 50 yaşlı Səlim Əhmədovu vurub. Qəza zamanı velosipedçi Səlim Əhmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. #kanals #xeberler #zaqatala

Назад
Что ищут прямо сейчас на
kanal s O`zbek urushi АЛИЕВ max korzh xnj regbn laukoekranai Ao Vivo new dawn كوكبنا remcos bravoras джохан maquillage mariée żyje się raz family channel allianz импровизация без цензуры schukin aleksandr Sama sam slax